Bakı. Trend:
Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunlarıkeçirilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, pley-offun ikinci günü Helzenkirhendəbaşlayıb.
İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Uzun müddəthesabda geridə olan ingilislər 90+5-ci dəqiqədə hesabıbərabərləşdirib. Cud Bellingem sensasiyaya imkan verməyib. Əlavəvaxtın ilk dəqiqəsində Keyn 2-ci topu Slovakiyanın qapısındankeçirib və komandası 1/4 finala yüksəlib.
Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstanqarşılaşacaq.
AVRO-2024
1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya - 2:1
Qollar: Cud Bellingem, 90+5, Harri Keyn, 91 - İvan Şrans,25
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Helzenkirhen. "Aufşalke Arena"