Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşən ikimərtəbəli yaşayış binasında ümumi sahəsi 70 m² olan üçotaqlı mənzilin mətbəxinin tavanı 8 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.