AZ

İspaniya Gürcüstanı böyük hesabla məğlub edərək ¼ final mərhələsinə çıxdı

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları üz-üzə gəlib.

 

Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ispanlar rəqiblərini böyük hesabla məğlub ediblər – 4:1.

 

Oyunun 18-ci dəqiqəsində ispaniyalı Roben Le Norman topu öz qapısına göndərib.

 

Qarşılaşmanın 39-cu dəqiqəsində Rodri hesaba tarazlıq gətirib.

 

Matçın 51-ci dəqiqəsində Fabian Ruiz komandasını hesabda önə çıxarıb.

 

Niko Uilyams 75-ci dəqiqədə fərqlənərək ispanların üstünlüyünü bir az da artırıb.

 

Oyunda son nöqtəni 83-cü dəqiqədə Dani Olmo qoyub.

 

Bununla da İspaniya milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.

 

APA

Tarix: 1 İyul 2024, 01:32   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
9
pravda.az

10Mənbələr