AZ

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Bakı. Trend:

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz havaşəraiti bir sıra fəsadlar törədib.

Trend xəbər verir ki, aramsız leysan yağışları Valle d'Aosta vəPiedmont bölgələrdə daşqınlara səbəb olub. Kiçik çaylarınməcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar vəküçələr su altında qalıb. Valle D'Aostadakı dövlət əhəmiyyətliavtomobil yolu Dora Baltea çayının daşması səbəbindən nəqliyyatınhərəkəti üçün müvəqqəti bağlanıb. Bəzi körpülər yararsız vəziyyətədüşüb. Bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişindəfasilələr yaranıb. Torpaq sürüşməsi nəticəsində dağlıq ərazilərdəkikəndlərlə əlaqə kəsilib.

Mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davametdirir. Regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
10
az.trend.az

10Mənbələr