AZ

Bakıda bacısının öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Saat 06:45 radələrində Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Qasımova Təhminə İsmixan qızının boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilininən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
41
17
operativmedia.az

10Mənbələr