İyulun 1-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Təbriz Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
***
07:17
İyulun 1-də saat 06:45 radələrində Binəqədi rayonu ərazisində 2004-ci il təvəllüdlü Qasımova Təhminə İsmixan qızının boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilininən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.
Araşdırma aparılır.