AZ

Bakıda 20 yaşlı qadın qətlə yetirilib, ailə üzvü şübhəli qismində saxlanılıb

Bakıda 20 yaşlı qadın öldürülüb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
 
Qeyd olunub ki, saat 6:45-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə İsmixan qızı Qasımovanın boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.
 
Cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı, 1997-ci il təvəllüdlü Təbriz İsmixan oğlu Qasımov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
67
11
moderator.az

10Mənbələr