AZ

Birlikdə böyüdülər birlikdə vəfat etdilər - Həmin qəzada qadın müğənnidə xəsarət alıb - Anbaan VİDEO

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Show.az Baku TV-yə istinadən bildirir ki, iyunun 29-da Şəkidən Balakənə qohumlarının yanına xəstə ziyarətinə gedən ailənin olduğu avtomobil dəhşətli qəzaya uğrayıb. 

Mərhum Həbib Qurbanovun dostu Nicat Musayevin sözlərinə görə, mərhum həyat yoldaşı ilə sinif yoldaşı olub: 

“Həbib Türkiyəyə oxumağa getmişdi, ardınca hərbi xidmətə yollandı. Yoldaşı mərhum Aygün Qurbanova uzun illər onu gözləyib. Qismət elə gətirdi ki, birlikdə böyüdülər və birlikdə vəfat etdilər”. 

Qeyd edək ki, rayon ərazisində “Ford” və VAZ-2115 markalı avtomobillərin toqquşması nəticəsində Şəki rayon Cəfərabad kənd sakinləri, VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanova həlak olublar. 

Qəza zamanı onların iki azyaşlı övladı xəsarət alıb. 

Faktla bağlı cinayət işi başlanılıb. 

***

Qaxda 3 nəfərin ölməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik.

Show.az lent.az-a istinadən bildirir ki, həmin qəzada xəsarət alanlardan biri müğənni olub. 

Belə ki, "Ford" markalı avtomobildə olan sərnişin Marina Şirdanova ağır bədən xəsarətləri alıb.

Marina Şirdanova ilkin olaraq Qax rayon Xəstəxanasına, oradan da Zaqatala rayon Xəstəxanasına aparılıb. 

Marina Şirdanovanın müğənni olduğu bildirilir.

Qəza anının görüntülərini təqdim edirik: 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
26
show.az

10Mənbələr