"Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə istintaqı davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.
Prosesdə Çingiz Mehdiyevin həyat yoldaşı Nərminə Ələkbərova ifadə verib. Şahid hakim qarşısında geniş danışmaq istəməsə də, müstəntiqə dediklərinin hamısını təsdiq edib.
N.Ələkbərova əvvəlki ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. O, Ç.Mehdiyevlə üzləşməsi zamanı onun əməllərini üzünə də bildirib. Şahid Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə külli miqdarda pullar köçürməsi ilə bağlı istintaqa dediklərini də təsdiq edib.
Nərminə Ələkbərovanın əri ilə mühahisəli məsələlərindən biri də birgə nikahdan olan övladları ilə bağlıdır. Qadın Çingiz Mehdiyevin qızını onun əlindən aldığını deyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta