Türkiyə millisinin üzvü Yusuf Yazıcı "Lill"dən ayrılıb.
Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bununla bağlı özü məlumat yayıb.
O, sosial şəbəkə hesabında Fransa klubu ilə vidalaşıb.
Yazıcı 2019-cu ildə "Trabzonspor"dan "Lill"ə keçmişdi. O, bu komanda ilə Fransa super kubokunun və Liqa 1-in qalibi olub.