İngiltərə millisinin sabiq futbolçusu Qari Nevill millinin Avro-2024-dəki çıxışını dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, sabiq müdafiəçi yığmanın 1/8 finalda Slovakiyanı məğlub etdiyi görüşdən sonra bunları deyib:
“Millinin himni əvvəlki kimi şirin səslənmir. Çox şanslı idik və hər şeyə görə ulduz futbolçularımıza təşəkkür etməliyik. Son dəqiqədə bizi xilas etdilər.
Ardıcıl dördüncü oyun bərbad alındı. Əlavə vaxtda da yaxşı oynamadıq. Nələrisə kökündən dəyişməliyik. Sautqeyt (red-millinin baş məşqçisi) yaxşı, dürüst oğlandır, amma indi onun da postu təhlükədədir”.
İngiltərə yığması 1/4 finalda İsveçrə ilə qarşılaşacaq.