AZ

İstanbul su anbarlarında doluluq nisbəti 70 faizdən azdır

Yazını böyüt
Yazını kiçilt

İstanbulu içməli su ilə təmin edən su anbarlarında doluluq nisbəti 69,68 olub.

Hafta.az-ın İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına istinadən yazdığına görə, meqapolisdə anbarların orta doluluq nisbəti iyunun 29-da 70,05 ikən ayın 30-da 69,68 faiz olub.

Ən yüksək su miqdarı yüzdə 80,98 ilə Terkos anbarında, ən aşağı su miqdarı isə yüzdə 31,12 ilə İstrancalar anbarındadır.

İSKİ-nin statistikasına görə, 30 iyun tarixinə olan doluluq nisbətləri əvvəlki illərlə müqayisədə aşağıdakı kimidir:

2014-cü ildə 23,87 faiz, 2015-ci ildə 86,01 faiz, 2016-cı ildə 71,64 faiz, 2017-ci ildə 77,86 faiz, 2018-ci ildə 80,23 faiz, 2019-cu ildə 78,44 faiz, 2020-ci ildə 64,88 faiz, 2021-ci ildə 73,66 faiz, 2022-ci ildə 73,90 faiz, 2023-cü ildə 43,97 faiz, 2024-cü ilin 30 iyun tarixində isə 69,68 faiz.

Seçilən
78
hafta.az

1Mənbələr