Ukrayna Rusiya ərazisinə PUA-larla hucum edib.
Azpost.info bildirir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisi üzərində 18 PUA məhv edib.
Bu barədə Bryansk vilayətinin rəhbəri Aleksandr Boqomoz teleqram kanalında yazıb.
“ PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.Tələfat və dağıntı yoxdur”, – o yazıb.
Onun sözlərinə görə, yeddi pilotsuz təyyarə Trubçevski rayonu ərazisində, ikisi Karaçevski rayonu üzərində vurulub, altı pilotsuz təyyarə Vıqoniçski rayonu ərazisində məhv edilib, üçü Bryanska yaxınlaşarkən ələ keçirilib.