Qahirədə keçirilən Misir-Avropa investisiya konfransı çərçivəsində 33 milyard dollar dəyərində dörd investisiya müqaviləsi imzalanıb.
Misir dövlət informasiya mərkəzi xəbər verir ki, 11 milyard dollar dəyərində ilk müqavilə Almaniyanın “DAI Infrastruktur GmbH” şirkəti, 4,25 milyard dollar dəyərində olan ikinci müqavilə isə Hindistanın “Ocior Energy” şirkəti ilə imzalanıb.
İmzalanan sənədlər arasında Misirin “TAQA Arabia” və Fransanın Voltalia şirkəti ilə 3,46 milyard dollarlıq, həmçinin İngiltərənin BP, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Misirin “Hassan Allam Utilities” və “Infinity Power” şirkətləri ilə 14 milyard dollar dəyərində müqavilələr də var.