AZ

AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi (FOTO)

Bakı. Trend:

İlin əvvəlindən aktiv filial şəbəkəsinin genişləndirilməsi vəmüştərilərə əlçatan maliyyə xidmətlərinin təklif edilməsisiyasətini həyata keçirən AccessBank, bu gün əsaslı təmirdən sonra“20 yanvar” filialını müştərilərin xidmətinə təhvil verdi. Yenikonsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, A.Mustafayevküçəsi 1c ünvanında yerləşir.

Müasir konseptli “20 yanvar” filialında müştərilərəhesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi,müxtəlif növ kreditlərin təqdim edilməsi, plastik kartlarınalınması, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləritəklif edilir.

“Məqsədimiz Azərbaycanda müştərilərə maksimum rahat şəraitdəkeyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir. İlinəvəllindən müxtəlif bölgələrimizdə və paytaxtda müştərilərimizətəqdim etdiyimiz filiallarımızın hər biri müasir bankkonsepsiyasına uyğundur, burada müştərilər maliyyə xidmətləri əldəetməklə yanaşı, peşəkar komandamızın üzvləri tərəfindən maliyyəməsləhətləri xidmətindən də istifadə edə bilər”, - AccessBank-ınİdarə Heyətinin Sədri Davit Tsiklauru deyib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında liderolaraq, 2002-ci ildən kiçikvə orta bizneslərə xidmət göstərir. Bankın səhmdarlarısırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, BeynəlxalqMaliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yeralır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialıfəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirməimkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavəməlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etməküçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə (Facebook,Instagram,LinkedIn)müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankıtərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziyaəsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamalrayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

AccessBank
AccessBank
AccessBank
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
14
az.trend.az

10Mənbələr