29 iyun tarixində Milli Marketinq Forumunun ikinci günü "offline" şəkildə keçirilib. Paşa Kapital İnvestisiya Şirkəti Marketinq Rəhbəri Gülşən Cumayeva, "Synergy Partnership" Təsisçi və Baş Direktoru Rüfət Abbasov, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Bank of Baku Reklam və PR Departament Direktoru Əhməd Əhmədov və digərləri iştirak edib. "Uzun müddət fəaliyyətimin bir hissəsini telekommunikasiya və nəqliyyat sahəsi əhatə edib. Çox böyük işlərə imza atmışıq. Birmənalı formada deyə bilmərik ki, dövlət qurumlarında marketinq siyasəti həyata keçirilmir. Bu baxımdan, xüsusi strategiyanın formalaşmasına şərait yaranır. Əhalinin həyat şəraitini yaxşılaşdırmaq üçün ciddi marketinq siyasəti aparılır. Bir neçə sektoru özündə birləşdirən bir neçə dövlət qurumunun yaranması və çevik olması labüd idi. Bu, daha uyğun qərarların verilməsi və qanunların işlək olması məsələsi idi. Bu gün biz bu siyasətin 90 faiz uğurlu tərəflərini görürük. Bu gün dünyanın müxtəlif ölkələrinə səyahət etdikdə, bir çox internet şirkətləri bizə xidmət təklif etsə də, biz ucuz xidmət axtarışında oluruq. Bu misalları çəkməkdə məqsədim odur ki, digər şəxslərdə belə bir fikir formalaşmasın ki, qurumların marketinq strategiyası yoxdur. Mən kommunikasiya meneceriyəm. Bir devizimiz var: "marketinq kommunikasiya ilə tamamlanır"-deyə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib. "Mərkəzi Bankda 2009-2013-cü illərdə bu bankın mərkəzi strategiyasını hazırladıq. Çox gözəl bir sənəd hazırladıq və dünya bankı bunu qəbul etdi. Devalvasiya olarsa, Mərkəzi Bank necə hərəkət etməlidir və sair kimi bir sənəd idi. Dövlət qurumlarında iş təcrübəm onu göstərdi ki, çox vaxt strategiyalar kağız üstə qalır. Biz uzunmüddətli strategiyalardan çox, qısamüddətli taktikaları sevən millətik. Strategiyalara uzun vaxt və ya vəsait sərf etməkdənsə, yaxın perspektiv üçün taktikalara üstünlük veririk"-deyə Rüfət Abbasov vurğulayıb. TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova: "TƏBİB həyati zəruri olan xidmətləri təşkil edir. Hər kəsin tibbi xidmət almaq hüququ var. Bu da dövlətimizin sosial yanaşmasının tərkib hissəsidir. Qaldı ki, kommunikasiyada böhran halları, bunu strategiya şəklində problem olaraq yaşayırdıq. Bununla bağlı hesabat veririk və dövlət qurumlarında kommunikasiya strategiyasının formalaşması və mədəniyyəti kütləvi hal alır. Bu, Covid'dən sonra daha da nizamlı hal aldı. Nəzərə alsaq ki, bütün dünyada kütləvi hal alan pandemiya Covid oldu. Azərbaycan da bu böhranı yaxşı idarə edən ölkələr arasında yer aldı. Həmçinin, bu vəziyyətdən yeni təcrübələr də yaranmış oldu. Bunu çevik kommunikasiya siyasəti də adlandıra bilərik. TƏBİB də fəaliyyətində inqilabi dəyişiklikləri təmin etməyə çalışan qurumlardan biridir". "Argus Growth Agency"-nin təsisçisi Bora Alçı forum nitqində markalarla bağlı insan diqqətinin önəmindən bəhs edib: "Marka sədaqəti böyük bir yalandır. Bu, sadəcə önə çıxmaq üçün ortaya atılmış bir strategiyadır. İnsanlar öz diqqətlərini, sevgilərini, vaxtlarını və güvənlərini asanlıqla heç kəsə verməzlər. Bütün bunların pulla əlaqəsi yoxdur, ona görə də insana xas olan bu "xəsis" dəyərlərin əldə edilməsi çox çətindir. Markalar da bu dəyərləri öz üzərinə çəkmək - insanların diqqətlərini, etibar və sevgilərini qazanmağa çalışarlar. Psixoloqlar insanların pulla olan münasibətlərini araşdırıblar və məlum olub ki, insanların pulla davranışı hər hansı bir canlı ilə davranışına bənzəyir. Əgər bir məhsula həddindən artıq pul verirlərsə, bu da onlara çox pis təsir edir və depressiya yaradır. Ona görə də bir insan üçün markalarla bağlı seçimlər etmək çox çətindir. Ancaq indi daha da çətin olan odur ki, seçimlərin də sayı artıb. Sonsuz deyə biləcəyimiz qədər seçimlər var. İnana bilməyəcəyimiz qədər sayısız seçimlər arasında qalırıq. Bizim məqsədimiz, insanların məhsullarla bağlı problemini aradan qaldırmaq və onlara asanlıq yaratmaqdır". 3-cü paneldə Rəqəmsal Marketinq üzrə "Digital Hero"nun təsisçisi Babaxan Məlikli, "Gocreative GDDA"nın Bakı və İstanbul ofislərinin direktoru İslam Rızabəyli, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"ndə İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis Nofəl Əliyev, "Grand Agro"nun Baş Marketinq mütəxəssisi Ülviyyə Məmmədova və "New Media" və "Adviad"ın təsisçisi Rasim Davudov iştirak ediblər. "Tendensiyaya baxsaq, sosial mediaların, TikTok-un bazara daxil olması ilə axtarışlar müəyyən məhsullar arasında həyata keçir. Biz "google"u əhilləşdirərək, kampaniyamızı həyata keçiririk. Bir çox dövlət müəssisəsində CEO yoxdur və gərək olmadığını deyirlər. Bizdə sadəcə görüntü olsun deyə sayt qururlar. Biz bir şirkətdə konsultasiya etdikdən sonra o qədər fərqli strategiyalar öyrənirik ki. İstənilən proqramı yüklədiyimizdə o proqramda mütləq izləmələr olur. Buna sadəcə biz icazə veririk. Sadəcə müəyyən açar sözlər var ki, alqoritmlər onu həm dinləyir, həm izləyir, həm də sizin qarşınıza həmin sözlə bağlı reklamlar çıxarır. Məsələn, belə proqramlar vasitəsilə sən özün özünü bilməsən belə, hansısa davranışından anlayır ki, sən hamiləsən. Bir daha qeyd edirəm ki, həmin halları biz məlum proqramların bizi dinləməsinə icazə verdiyimiz üçün özümüz yaratmış oluruq"-deyə Babaxan Məlikli qeyd edib. "Grand Agro"nun Baş Marketinq mütəxəssisi Ülviyyə Məmmədova: "Eyni zamanda "Rəqəmsal proqramlar bizi dinləyirlərmi?" Biz hədəfləmə sisteminə görə o reklamları görürük. İndi forumdan çıxdıqdan sonra burda aparılan söhbətlərə dair reklamlar görülə bilər". "Gocreative GDDA" Bakı və İstanbul ofislərinin direktoru İslam Rızabəyli: "Telefonlar bizi dinləmir. "Google" və oxşar platformalar o qədər resursa sahib deyillər ki, bizi dinləsinlər. Alqoritma datamızı toplayır, baza yaradır və sonra ona əsasən qarşımıza material çıxarır". Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"ndə İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis Nofəl Əliyev: "Bizə təəccüblü gəlməməlidir, nəyə icazə vermişiksə, onun əsasında dinlənilirik. Məruz qaldığımız reklamların da səbəbi buna uyğun təyin olunur. "New Media" və "Adviad"ın təsisçisi Rasim Davudov tədbirin yekununda sual-cavab bölməsində "ən yaxşı sual" seçimini edib: "Tədbirin interatktiv hissəsində verilən bütün suallar olduqca faydalı idi. Eyni zamanda düşünürəm ki, "lead" mövzusunda verilən sual çox yaxşı sual idi. "Rəqəmsal kanallar bizi dinləyirmi? sualı da olduqca maraqlı idi". Tədbirin 3-cü panelinin moderatoru Rasim Davudov sonda spikerləri səhnəyə dəvət edib və qonaqlarla birgə xatirə fotosu çəkilib. Qeyd edək ki, Bizimyol.info xəbər portalı Milli Marketinq Forumu tədbirinin rəsmi media tərəfdaşıdır. Forumdan özəl hazırlanan videoları sizinlə bölüşürük: Mətin Şükürlü, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta