2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 293,4 min ton inşaat üçün əhəng daşı istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bu dövrdə ölkədə 191,6 min ton gips və anhidrit, 409,7 min ton tikinti qumu, 1 milyon 593,7 min ton çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı, 64 min ton bentonit istehsal edilib.
Bunlar da müvafiq olaraq, 7,3%, 33,3%, 2 dəfə, 14,9% çoxdur.
Qeyd edək ki, cari ilin iyun atının biri vəziyyətinə ölkədə 39 min ton gips və anhidrit, 10,8 min ton tikinti qumu, 84,4 min ton çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı, 100 min ton bentonit ehtiyatı var.
Əvəz Həsənov