AZ

Dünya şöhrətli yazıçı vəfat etdi

Dünya şöhrətli alban yazıçısı İsmail Kadare 88 yaşında dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, Kadare səhhətində yaranan problemlərə görə bu səhər paytaxt Tirandakı evindən Tereza Ana Universiteti Xəstəxanasına aparılıb.
Dünya şöhrətli yazıçının dünyasını dəyişdiyi öyrənilib.
Albaniya hakimiyyəti 88 yaşlı Kadarənin ölüm səbəbi və ya yeri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Ölkənin yüksək səviyyəli rəsmiləri başsağlığı mesajları ilə Kadarənin ölümünü təsdiqləyiblər.
Prezident Bayram Beqac, parlament sədri Lindita Nikolla və baş nazir Edi Rama başsağlığı mesajlarında Kadarenin əhəmiyyətini vurğulayaraq, Albaniya və albanların itkisinə diqqət çəkiblər.
İsmayıl Kadare 28 yanvar 1936-cı ildə ölkənin cənub bölgələrindəki Ergiridə (Gjirokaster) anadan olub.
Kadarənin bir çox əsərləri, xüsusən də romanları türk dili də daxil olmaqla, dillərə tərcümə edilmişdir.
Alban ədəbiyyatının önəmli adlarından biri olan Kadare bir çox milli və beynəlxalq mükafat və medallara layiq görülüb.Şayəstə Hüseynova

Seçilən
4
1
elchi.az

2Mənbələr