Hər il böyük maraqla qarşılanan və bir çox şirkətin, yüzlərlə insanın iştirak etdiyi 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” bu il də ənənəsinə sadiq qalaraq, möhtəşəm təşkil olunub.
Publika.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə keçirilən sərginin tərəfdaşlarından biri də gənclərin sevərək içdiyi “Coffee ’nJoy” dur.
24-26 iyun tarixində “Bakı Ekspo Mərkəzi”ndə baş tutan sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.
Sərgidə iştirak edən gənclər şirkətlərin iş mühiti tanış olub, gələcək karyeraları üçün onları maraqlandıran sualları veriblər.