Ölkəmizi beynəlxalq fənn olimpiadalarında təmsil edəcək şagirdlərin müsabiqələrə hazırlıq prosesi intensiv şəkildə davam edir. Bu məktəblilərə dəstək olmaq məqsədilə Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində müxtəlif hazırlıq proqramları təşkil olunur. Bu dəfə təlimlər Avropa Qızlar İnformatika Olimpiadası (21-27 iyul, Niderland), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (16-22 avqust, Moldova) və Beynəlxalq İnformatika Olimpiadasına (1-8 sentyabr, Misir) qatılmağa hazırlaşan məktəbliləri əhatə edib. Bir həftə davam edən “İnformatika kampı” İ. Əfəndiyev adına Elitar Gimnaziyada baş tutub. Qeyd edək ki, məşğələlərə Bakı ilə yanaşı, respublikanın müxtəlif bölgələrindən həm yuxarı yaş qrupuna aid olan 10-11-ci sinif şagirdləri, həm də aşağı yaş qrupunu təmsil edən 8-9-cu sinif şagirdləri qatılıb. Təlim çərçivəsində məktəblilər hər gün beynəlxalq olimpiada formatında təşkil olunan yarışlara qoşulub, eyni zamanda məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər. Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta