NATO-nun gələcək baş katibinin Kiyevə daimi dəstəyin zəruriliyi ilə bağlı sözləri oxucuları qəzəbləndirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə yazı Türkiyənin "Haber7" nəşrində yer alıb.
Bildirilir ki, Niderlandın baş naziri postunu tərk etdikdən sonra verdiyi vida mesajında Mark Rutte Ukraynanın Aİ və NATO-ya inteqrasiyasının zəruriliyini vurğulayaraq, Ukraynanın dəstəyinin qlobal təhlükəsizliyin təmin olunması üçün vacib olduğunu qeyd edib.
Qeyd edək ki, məlumatı oxuyanlardan biri "Putin kimdir və sən kimsən?", - deyə şərh bölməsində yazıb.
Digər şərhçilər NATO ölkələrinin çoxdan Vaşinqtonun "marionetka"sına çevrildiyini qeyd ediblər. Oxucular da NATO-nun niyyətlərinə şübhə ilə yanaşıblar və üçüncü dünya müharibəsi ehtimalı barədə xəbərdarlıq ediblər.
Xatırladaq ki, bundan əvvəl Şimali Atlantika Şurası Niderlandın baş naziri Mark Rutteni NATO-nun yeni baş katibi təyin edib. O, 2024-cü il oktyabrın 1-də Yens Stoltenberqi əvəz edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun