İngiltərənin “Brayton” klubu “Nyukasl”ın 19 yaşlı vingeri Yankuba Minteni transfer edib.
Futbolinfo.az xəbər verir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Qağayılar” qambiyalı yarımmüdafiəçi üçün 38,8 milyon avro ödəyib.
Minte ötən mövsüm icarə əsasında oynadığı Niderlandın “Feyenoord” klubunda meydana çıxdığı 27 matçda 10 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Minte 2023-cü ilin yayında 8 milyon avro müqabilində Danimarkanın “Odense” klubundan “Nyukasl”a transfer edilmişdi.