AZ

Azad olunan ərazilərdə iyun ayında 549 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi minatəmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb
Azad olunan ərazilərdə iyun ayında 271 tank əleyhinə mina, 278 piyada əleyhinə mina, 1695 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
AYNA-nın məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.
Məlumata əsasən, ötən ay ümumilikdə 5675.5 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
49
ayna.az

10Mənbələr