Yeni Zelandiyada pişik ovu yarışmasında 370 pişik öldürüldü
Yeni Zelandiyanın Şimali Kenterberi bölgəsində keçirilən pişik ovu yarışı çərçivəsində 370 vəhşi pişik öldürülüb.
Demokrat.az xəbər verir ki, tədbirin təşkilatçısı müsabiqənin əvvəlcə donuz ovu kimi planlaşdırıldığını, lakin pişiklərin sayının artması səbəbindən pişik ovuna çevrildiyini bildirib.
Təşkilatçı daşıdıqları xəstəliklərə görə il ərzində 40 pişiyi öldürdüklərini deyib.
Yarışmada bir şəxs 65 pişiyi öldürərək 500 Yeni Zelandiya dolları qazanıb.
Əfsanə Rəcəb
Demokrat.az