AZ

Avropa çempionu olan güləş üzrə millimiz Vətənə dönüb

Bakı. Trend:

Serbiyada təşkil olunan U-17 Avropa çempionatında uğur qazanansərbəst güləş üzrə Azərbaycan millisi Vətənə dönüb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundakeçirilən qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasınınnümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri iştirakedib.

Novi Sadda keçirilən yarışda 2 qızıl, 2 gümüş, 2 bürünc medalqazanan sərbəst güləş millimiz yekunda 160 xal toplayaraq komandahesabında çempion olub.

Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə(119) isə üçüncü yeri tutub.

Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər VahidMəmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov(51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq)Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) vəHüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Seçilən
198
24
az.trend.az

10Mənbələr