AZ

Fransada 100-ə yaxın namizəd ikinci turda iştirakdan imtina etdi

Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) növbədənkənar seçkilərin ikinci turuna daxil olan 100-ə yaxın namizəd Jordan Bardell və Marine Lenin sağçı Milli Birlik partiyasının qələbəsinə mane olmaq üçün daha güclü namizədlərin xeyrinə öz namizədliklərini geri götürüb.

Publika.az xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, “Birgə Respublika Naminə” prezident koalisiyasından və “Yeni Xalq Cəbhəsi” solçu alyansdan olan namizədlər namizədliklərini geri götürüblər.

Məlumata görə, birinci turda birmandatlı dairələrində üçüncü yeri tutan, lakin eyni zamanda ikinci tura keçmək üçün kifayət qədər səs toplayan siyasətçilər mübarizəni davam etdirməkdən imtina ediblər.

Qeyd edək ki, Milli Assambleyanın 577 deputatı var. Mütləq çoxluğu əldə etmək üçün bir partiya 289 mandat qazanmalıdır.

Seçilən
53
15
publika.az

10Mənbələr