Sabah Biləsuvar rayonunun özündə ilk dəfə olaraq müəllimlərin işə qəbulu (MİQ) imtahanları keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, bu vaxta qədər olan bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.
Bu ildən isə artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində sözügedən proses baş tutacaq.