AZ

Türkiyədə 2015-ci ildə terror aktının iştirakçıları ömürlük həbsə məhkum edilib

Türkiyə məhkəməsi 2015-ci il oktyabrın 10-da Ankarada ölkə tarixinin ən böyük terror aktı ilə bağlı təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verib.
 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, həbsdə olan 10 təqsirləndirilən şəxsdən yalnız 9-u terrorçu qruplaşmanın fəaliyyətində iştirak və qəsdən adam öldürmə ittihamı ilə ağırlaşdırıcı hallarla ömürlük azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, 2018-ci ildə 9 təqsirləndirilən şəxs barəsində ömürlük həbs qərarı çıxarılsa da, təqsirləndirilən şəxslərin vəkilləri apellyasiya şikayəti verib./Report

Tarix: 1 İyul 2024, 22:46   
Seçilən
66
10
pravda.az

10Mənbələr