Avropa çempionatının 1/8 final mərhələsindı keçirilən Portuqaliya - Sloveniya matçında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, portuqaliyalıların qapıçısı Dieqo Koşta penaltilər seriyasında sloveniyalıların vurduğu hər 3 penaltini dəf edib.
O, bununla komandasının 1/4 finala çıxmasına səbəb olub.
Qeyd edək ki, Portuqaliya penaltilər seriyasında 3:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb.