Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki naziri dəyişib.
"Report" xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı "Resmi Gazete" hökumət qəzetində dərc olunub.
Sənədə əsasən, Fahrettin Kocanın yerinə Kamal Memişoğlu ölkənin səhiyyə naziri təyin edilib. Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhasekini isə 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurum əvəz edib.
Qeyd edək ki, Koca və Özhaseki daha əvvəl istefa ərizələrini prezidentə təqdim ediblər. Özhaseki qərarını səhhətində yaranan problemlərlə əsaslandırıb.