AZ

65 yaşlı kişini ilan sancdı

Şəki sakinini təsərrüfatda ilan sancıb. Hadisə rayonun Daşüz kəndində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Daşüz kənd sakini 65 yaşlı Fadəddin Orucov  bu gün səhər erkən saatlarında  fərdi təsərrüfatında işləyərkən onu ilan sancıb.  

O, hadisədən sonra evinə gəlib və yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb. 

Şəki Rayon Mərkəzi Xəstəxanasında dərhal ona ilan əleyhinə zərdab vurulub. 

Həyata keçirilən müayinələr zamanı bəlli olub ki, pasiyent bir qədər keçikdiyindən zəhər bədəndə yayılıb. Ona görə Fadəddin Orucov reanimasiya şöbəsinə yerləşdirilib.  Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu, müalicəsinin davam etdirildiyini bildirib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
59
bizim.media

1Mənbələr