AZ

Si Cinpin ŞƏT-in sammitində iştirak üçün Astanaya gedib

Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Astanaya gedib.

“Kazinform”un məlumatına görə, hava limanında onu Prezident Kasım-Jomart Tokayev qarşılayıb.

Səfər çərçivəsində ikitərəfli danışıqlar və bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, təşkilata üzv ölkələrin Dövlət Başçıları Şurasının 3-4 iyul tarixlərində keçiriləcək sayca 24-cü sammitində tərəflər arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
4
yeniazerbaycan.com

6Mənbələr