AZ

Tanışını qəsdən öldürən şəxs HƏBS OLUNDU

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Gundem.az-a Yasamal rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, cari il martın 14-də paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzalılının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb:

“İstintaqla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin rayonun Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Pünhan Fərzalılıya bıçaqla xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib”.

Qurumdan bildirilib ki, Şahlar Ağayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(sfera.az)

Seçilən
37
17
gundem.az

10Mənbələr