AZ

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib

Macarıstanın

Bakı, 2 iyul, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edib.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, görüşün əsas mövzusu Ukrayna münaqişəsinin həlli perspektivləri olacaq. Liderlər Ukrayna-Macarıstan münasibətləri ilə bağlı məsələləri də müzakirə edəcəklər.

Bu, Orbanın Ukrayna böhranı başlayandan bəri Kiyevə ilk səfəridir.

İyulun 1-də Avropa İttifaqı Şurasına sədrlik Macarıstana keçib. Macarıstanın sədrliyə keçməsi bir sıra Aİ ölkələrində və Avropa qurumlarında Ukrayna hadisələri, Kiyevə hərbi yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı xüsusi mövqeyinə görə rəsmi Budapeştin kəskin tənqidi ilə müşayiət olunub. Avropa Parlamentinin ən radikal üzvləri hətta Macarıstanı Aİ Şurasına sədrlikdən məhrum etmək kimi tədbirlərə çağırıblar.

Seçilən
52
2
azertag.az

3Mənbələr