İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov işdən çıxıb.
Medianews.az “Report”a istinadla xəbər verir ki, o, “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə təyinat alıb.
İndiyə qədər bu vəzifəni Rafiq Şahverdiyev icra edirdi.
İSB-nin rəhbərliyinə isə hələ ki, təyinat olmayıb.