AZ

Məşhur aktyor 5-ci dəfə ata olacaq

Bir zamanlar ən çox izlənilən "Yaprak dökümü" serialında rol alan məşhur türkiyəli aktyor Tolqa Karel beşinci dəfə ata olacaq.

Publika.az xəbər verir ki, sosial şəbəkə hesablarından qızı Mia ilə şəklini paylaşan aktyor “atasına bənzəyir” qeydini yazıb.

Aktyorun ilk övladı həmkarı, məşhur azərbaycanlı model Günay Musayevadan dünyaya gəlib. Bir müddət sonra Türkiyəni tərk edib Amerikaya köçən Tolga Karel orada yenidən ailə qurub. Onun ikinci evliliyindən 3 övladı dünyaya gəlib.

Hazırda şəxsi biznesi ilə məşğul olan aktyor 5-ci dəfə ata olacağının sevinicini yaşadığını qeyd edib.

Seçilən
90
13
publika.az

10Mənbələr