Müğənni Rəvan Qarayev qızlarından danışıb.
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, "Rəngarəng səhər" verilişində qonaq olan ifaçı illər sonra övladlarının fotolarının efirdə yayımlanmasına da icazə verib.
Rəvan övladlarının anaları ilə dost olduğunu bildirib:
"Biz dost kimi ayrılmışıq. Əlaqələrimiz var. Övladlarımla bağlı istəklər olur, ona görə danışırıq, mən o istəkləri yerinə yetirirəm. Düşmən olmağın nə adı var ki?"
Qeyd edək ki, Rəvan Qarayevin qızlarından biri ilk, digəri isə ikinci həyat yoldaşındandır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun