AZ

"Daha güclü "Qəbələ" görəcəyik" - "Neftçi"nin futbolçusu

"Neftçi"nin yeni transferi Emil Səfərov sabiq komandası "Qəbələ" ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, futbolçu sosial şəbəkə vasitəsilə bölgə təmsilçisinə və onun azarkeşlərinə vida mesajı göndərib.

21 yaşlı yarımmüdafiəçi hər şeyə görə təşəkkür edib:

"Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. Burdan ayrılmaq çətindi mənim üçün. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq. Daha güclü "Qəbələ" görəcəyik. Hər birinizə "çox sağ olun" deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub. Səfərov 2023-cü ildə "Qəbələ"nin heyətində ölkə kubokunun qalibi olub. O, "Neftçi" ilə 3 illik müqavilə bağlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
12
football-plus.az

10Mənbələr