AZ

Bu şəkil müzakirələrə səbəb oldu

UFC çempionu, dağıstanlı Həbib Nurməhəmmədov Almaniyada Gürcüstanın baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvilinin kiçik oğlu ilə bir araya gəlib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar Avropa çempionatı çərçivəsində İspaniya və Gürcüstan yığmaları arasında oyunu izləyiblər. Bu görüş zamanı çəkilən fotolar müzakirələrə səbəb olub.

Tbilisi meri, keçmiş futbolçu Kaladze sosial şəbəkə hesabında Nurməhəmmədov və İvanişvili ilə çəkilmiş şəklini paylaşıb.

Keçmiş UFC çempionu Gürcüstan millisinə azarkeşlik edib və instaqramda Gürcüstan millisi barədə xoş sözlər yazıb.

Rusiya-Ukrayna münaqişəsində Gürcüstanın Ukraynanı dəstəkləməsi və Nurməhəmmədovun Gürcüstana azarkeşlik etməsi Rusiya sosial şəbəkələrində birmənalı qarşılanmayıb.

Bu məqamda Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkatının baş katibinin müavini İrakli Pavlenişvili Kölndə Kobaxidze və Kaladzenin Həbib Nurməhəmmədovla görüşünə münasibət bildirilib.

O, görüşü “Gürcüstan hakimiyyətinin Rusiya ilə əlaqələrinin təsdiqi” adlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
6
publika.az

10Mənbələr