“Ailələrdə sənətkarlığın təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
QHT.az xəbər verir ki, layihə çərçivəsində gənclər dərzilik sahəsində biliklər əldə edir və modelyer dizayner kimi formalaşaraq sərbəst peşə sahibinə malik olacaqlar. “Dərzilik” kursunu dərzi ixtisası üzrə fənn müəllimi Fərzəliyev Anar tədris edir. Burada eskizlərin çəkilməsi, geyimlərin konstruksiyası (ülgü çıxarma, tikiş, ölçülərin götürülməsi, millimetrovka üzrə günəş ətəyinin eskizinin çıxarılması), geyim tərtibi analizi və moda, dəb mədəniyyəti barədə biliklər professional şəkildə öyrədilir.
Fondun direktoru Gülbəniz Bayramova bildirir ki, layihə heyətinin məqsədi gənclərə dəstək olub, onların potensialını üzə çıxararaq dərzilik kursunu uğurla başa çatdırmaqdır.
Hər kəsə uğurlar arzu edirik!