AZ

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb, ölən var

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində hərbi təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.



NUHÇIXAN xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
13
nuhcixan.az

10Mənbələr