AZ

BMT Rusiyanı Aİ-nin peyk sistemlərinə müdaxilə etməkdə ittiham edib

BMT Rusiyanı Aİ-nin peyk sistemlərinə müdaxilə etməkdə ittiham edib

BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Rusiyanın Avropanın peyk sistemlərinə müdaxilə etdiyi və bunun üçün Polşa və Litva ilə həmsərhəd olan Kalininqrad vilayətinin ərazisindən istifadə etdiyi barədə bəyanat verib. Bu barədə MEA-nın Radio Tənzimləmə Komitəsinin bazar ertəsi keçirilən iclasının yekun sənədində deyilir."İki müxtəlif peyk operatoru müdaxilə mənbəyinin yerini müəyyən edib və eyni nəticəyə gəlib ki, müdaxilə Moskva, Kalininqrad və Pavlovka ərazisində yerləşən yerüstü stansiyalardan gəlib", - deyə sənəddə bildirilir. Komitə hesab edir ki, bu müdaxilə Fransa və İsveç peyk şəbəkələrinin fəaliyyətinə təsir göstərib.Bununla əlaqədar olaraq, komitə zərərli müdaxiləyə səbəb olan istənilən qəsdən hərəkətləri dərhal dayandırmağa çağırıb.

Seçilən
194
afn.az

1Mənbələr