AZ

Venesuela ABŞ-la danışıqları bərpa edir

"Venesuela iki ölkə arasında münasibətləri bərpa etmək üçün ABŞ-la birbaşa danışıqlara başlayır".
525.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının prezidenti Nikolas Maduro yerli kanala müsahibəsində deyib.

"Venesuela ABŞ hökumətinin birbaşa dialoqun bərpası təklifini qəbul etdi. İyulun 3-də başlayacaq danışıqlara Milli Assambleyanın (Parlament) sədri, milli dialoqun rəhbəri Xorxe Rodriges Qomez və danışıqlarda Venesuela nümayəndəsi Hektor Rodrigez Kastro qatılacaq.
Biz yeni sazişlər bağlamaq və əvvəllər bağlanmış sazişlərin həyata keçirilməsinə nail olmaq üçün danışıqlar aparacağıq”, -  prezident bildirib.

Maduro deyib ki, dialoqun, qarşılıqlı anlaşmanın, münasibətlərimizin gələcəyinin, Venesuelanın suverenliyinə və müstəqilliyinə tam hörmətlə bağlı dəyişikliklərin tərəfdarıdır. Venesuela hökuməti 2019-cu il yanvarın 23-də Amerika administrasiyası Xuan Quaydonu respublikanın müvəqqəti prezidenti kimi tanıdıqdan sonra ABŞ ilə diplomatik əlaqələri kəsib. ABŞ və müttəfiqləri birtərəfli qaydada Venesuelaya qarşı 930-dan çox məhdudlaşdırıcı tədbir tətbiq edib. Respublika iqtisadiyyatına ən böyük ziyan 2019-cu ildə dövlət neft-qaz şirkəti PDVSA-ya qarşı tətbiq edilən sanksiyalar nəticəsində olub. Bəzi məlumatlara görə, Amerikanın neft-qaz sənayesinə qarşı sanksiyaları səbəbindən Venesuela 232 milyard dollardan çox itirib, ümumi iqtisadi itkilər 642 milyard dollar qiymətləndirilir, respublikaya məxsus təxminən 30 milyard dollar Qərb banklarında dondurulub.

Pərvanə Sultanova 






















Bizi İnstagramda izləyin

Seçilən
53
1
525.az

2Mənbələr