AZ

İmişlidə işıqlar hər gün eyni saatda niyə SÖNÜR? – Rəsmi CAVAB 

Son günlər İmişli rayon Bəhrəmtəpə qəsəbə sakinləri elektrik enerjisinin verilməsində yaranan problemlərdən narazıdırlar.

Bu barədə Bizim.Media-ya qəsəbə sakinləri şikayətləniblər. Dediklərinə görə enerji kəsintisinə hər gün saat 11:00-13:00 radələrində rast gəlinir. Qəsəbə sakinləri bildirirlər ki, artıq xeyli müddətdir ki, bu problem davam edir və elektrik enerjisinin kəsintisi onları təngə gətirir. 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, problem iki günə həllini tapacaq:

“Hazırda qəsəbə ərazisində elektrik xətlərində gücləndirmə işləri aparılır. Artıq işlər yekunlaşmaq üzrədir. İki günə problem həll ediləcək”, - deyə qurum rəsmisi əlavə edib.

Nuranə Daxilqızı, Bizim.Media


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
5
bizim.media

5Mənbələr