AZ

Damla İranda hicabsız konsert verdi, zal bağlandı (VİDEO)

Tanınmış müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon möhürlənib. 

Qaynarinfo xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. 

Bildirilib ki, Damlanın Ərdəbildəki şadlıq saraylarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi əks olunub. Ərdəbil prokurorluğu bunu "qanunsuz mərasim keçirmək və qaydaları pozmaq”la əlaqələndirib.

Belə ki, yayılan videogörüntülərdə Damlanın Təbriz və Ərdəbildə hicabsız olduğu əks olunub. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
6
qaynarinfo.az

8Mənbələr