AZ

Bu avtomobillərin qiyməti ucuzlaşacaq - İqtisadçı

Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artması köhnə avtomobillərin qiymətinin ucuzlaşmasına səbəb ola bilər.




Bu barədə Bakupost.az -a açıqlamasında iqtisadçı Əli Əlirzayev bildirib.

O qeyd edib ki, köhnə və benzin sərfiyyatı çox olan avtomobillərin qiymətinin ucuzlaşması ehtimalı var.

Ə.Əlirzayevin sözlərinə görə, bu avtomobillərin xərci çox olacaq, taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bu səbəbdən sürücü məcburdur ki, həmin avtomobili satsın:

"Aİ-92 markalı benzin və dizel yanacağının qiymətinin tənzimlənməsi bütün məhsulların qiymətinə təsir edəcək. Çünki bu, qanunauyğun prosesdir. Nəqliyyat xərcləriylə yanaşı, kənd təsərrüfatı məhsullarının da qiymətində dəyişiklik olacaq. Adi bir fəhlə də öz xidmətinin qiymətini artıracaq”.

Ə.Əlirzayev deyib ki, bunun qarşısını almaq üçün dövlət önləyici tədbirlər görə bilər:

“Dövlətin himayəsi yoluyla əhalinin rifahının sabitləşməsi üçün onların gəlirləri artırıla bilər. Pensiyalara əlavələr edilə, ayrı-ayrı kənd təsərrüfatı məhsullarına sübsidiyalar verilə bilər”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
105
bakupost.az

1Mənbələr