AZ

İsti havada infarkt riskini AZALTMAQ ÜSULU – Həkim açıqladı

“İstidə infarkt riskini azaltmaq üçün kifayət qədər su içmək və həddindən artıq yeməmək lazımdır”.

Medıanews.az “russian.rt.com”-a istinadla xəbər verir ki, bu barədə terapevt Lyudmila Lapa bildirib.

O, su içməyi və az qida qəbul etməyi yüksək temperaturda sağlamlıq problemlərindən qaçmağın mühüm yolu adlandırıb.

Mütəxəssisin fikrincə, həddindən çox yemək böyrəkləri, ürəyi və qan damarlarını həddindən artıq yükləyir. Terapevt əlavə edib ki, qan laxtalanması riski yüksək olan insanlar antikoaqulyantlar qəbul etməlidirlər.

“Çünki günəş altında qan laxtalanma riski yüksəkdir, xüsusən də su çatışmazlığı zamanı. İnsult və infarkt riski də artır”, – deyə Lapa izah edib.

L.Lapa vurğulayıb ki, isti havalarda təmiz və ilıq su içmək daha yaxşıdır. Çünki soyuq su içmək tənəffüs xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, papaq, geyim və xüsusi məhsullarla insan özünü günəşdən qorumalıdır: “Əgər günvurma zamanı şəxsin başı gicəllənir və ya yuxulu olursa, bu anda mütləq skamyada oturmalı, çömbəlməməli və sərinləmək üçün bir neçə qurtum su içməlidir. Kimsə yelçəkən və ya dəsmal yelləyib kölgəyə getsə, daha yaxşı olar”.

Medıanews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
3
medianews.az

4Mənbələr