Paytaxtda Şəhidlər Xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən nəqliyyat vasitəsi Bakı funikulyoru fəaliyyət göstərir.
Cəmi iki stansiya, "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" arasında gediş-gəlişi təmin edən, həmçinin, şəhərin gözəlliyini seyr etmək üçün istifadə edilən funikulyorda gedişhaqqı artıbmı? Ümumiyyətlə, xidmətə görə qiymətdə dəyişiklik gözlənilirmi?
Aktual.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya qiymətdə artım müşahidə olunmadığı bildirilib:
"Hazırda funikulyorda adambaşına gedişhaqqı 1 manatdır. Qiymətdə hər hansı dəyişikliyin olması isə qurumun səlahiyyətində deyil".
Qeyd edək ki, funikulyor 64 ildir fəaliyyət göstərir. Bir müddət pulsuz xidmət göstərən funikulyorun iki stansiyası var və onlar arasındakı məsafə 455 metrdir. Funikulyor hər 10 dəqiqədən bir yola düşür.