AZ

HadisəDamla Ərdəbildə hicabsız konsert verdi, salon möhürləndi - FOTO/VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73   Far.Az report-a istinadən xəbər verir ki, məlumatı “ir.voanews.com” yayıb.   Bildirilib ki, Ərdəbil prokurorluq bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla” əlaqələndirib.   Yayılan video-görüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub. Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.   Məlumata görə, səfərdən əvvəl İran tele-radio şirkətinin Gənc jurnalistlər klubu, bir sıra dövlət KİV-i bu tədbir barədə xoş sözlər yazmışdı.   Ərdəbil əyalətinin prokuroru, salonun möhürlənməsi və Damlanın konsert proqramının müsadirə edilməsi haqqında əmr verən Cəlal Əfaki bildirib ki, istənilən xarici ölkə vətəndaşı dəyər və qanunlara hörmət etməlidir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşı etibar və etimaddan sui-istifadə edib.   Tehran hakimiyyətinə yarınmaq istəyən bəzi qruplar Damlanın konsertindən hiddətləndiklərini bildirib. Far.Az VİDEO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
9
far.az

10Mənbələr