AZ

Türkiyədə 14 manata satılan dərman Bakıda 70 manata satılır

Azərbaycanda dərmanların qiyməti ətrafında müzakirə hər zaman aktualdır. Son vaxtlar bu mövzuya ictimai diqqət daha da artıb.

Buna səbəb qonşu ölkələrlə bizdəki kəskin qiymət fərqidir. Məsələn, Türkiyədə Azərbaycan valyutası ilə 14 manata satılan dərman ölkəmizdə fəaliyyət göstərən apteklərdə 70-80 manata təklif edilir. Bu da ictimaiyyətdə haqlı etirazlara səbəb olur. İnsanlar həm dərmanın keyfiyyətindən, həm də qiymətlərdən narazılıq edirlər.

Publika.az xəbər verir ki, mövzunu Globalinfo.az -a şərh edən deputat Siyavuş Novruzov dərman qiymətlərinin baha olması ilə bağlı dəfələrlə Milli Məclisdə məsələ qaldırdıqlarını bildirib.

O, həm dərmanların keyfiyyətinin aşağı, həm də qiymətlərin baha olduğunu müzakirə etdiklərini qeyd edib:

"Düzdür, Azərbaycan özü dərman istehsal etmir deyə, əsasən başqa ölkələrdən gətirilir. Amma yenə də keyfiyyət və qiymətlərdə qüsur var. Fikir vermisinizsə, koronovirus və vaksinlərdən sonra insanların əksəriyyəti apteklərdən çıxmır. Çünki onların müxtəlif xəstəlikləri baş qaldırıb. Birinin gözündə, digərinin ürəyində, kiminsə oynaqlarında, başında, yaddaşında problemlər yaranıb. Bu gün elə bir adam yoxdur ki, dərmandan istifadə etməsin. O baxımdan hesab edirəm ki, burada tənzimlənməyə ehtiyac var".

Seçilən
14
6
publika.az

7Mənbələr